"Keşlə" - "Neftçi" görüşünü Əliyar Ağayev, "Səbail" - "Qarabağ" matçını isə çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov idarə edəcək.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.
 
Matc.az xəbər verir ki, sabah baş tutacaq qarşılaşmalar beynəlxalq dərəcəli hakimlərə həvalə olunub.
 
"Keşlə" - "Neftçi" görüşünü Əliyar Ağayev, "Səbail" - "Qarabağ" matçını isə çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov idarə edəcək.
 
Turun daha 2 oyunu mayın 4-də keçiriləcək. "Qarabağ" "Zirə"ni, "Sumqayıt" isə "Sabah"ı qəbul edəcək. Bu iki oyuna təyinatlar hələ açıqlanmayıb.
 
Azərbaycan Premyer Liqası
XXV tur
3 may
 
18:00. "Keşlə" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bakı. "ASK Arena".
 
20:15. "Səbail" –"Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
"ASCO Arena".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest