Bu gün futbol üzrə UEFA çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab matçı İngiltərədə baş tutub.
Burada "Mançester Siti" Fransa çempionu PSJ ilə üz-üzə gəlib. İlk oyunda rəqibinə səfərdə qalib gəlmiş mançesterlilər bu üstünlüyü doğma meydanda qorumağı bacarıblar. Cavab görüşündə də qələbə qazanan "şəhərlilər" finala yüksəliblər.
Qeyd edək ki, digər yarımfinal oyunu sabah "Real" (İspaniya) ilə "çelsi" (İngiltərə) arasında baş tutacaq.
UEFA çempionlar Liqası
Yarımfinalın cavab oyunu
4 may
Mançester Siti – PSJ 2:0
Qol: R.Mahrez, 11; 63.
Baş hakim: Byörn Kuypers (Niderland).
Mançester. "Etihad" stadionu.
İlk oyun – 2:1.
Mançester Siti: Ederson, Kayl Uolker, Ruben Dias, Con Stounz, Aleksandr Zinçenko, Fernandinyo, İlkay Gündoğan, Kevin de Breyne, Bernardo Silva, Riyad Mahrez, Fil Foden.
PSJ: Keylor Navas, Alessandro Florensi, Markinyos, Presnel Kimpembe, Abdu Diallo, Ander Errera, Leandro Paredes, Marko Verratti, Anxel Di Mariya, Neymar, Mauro İkardi.