27 İyul 2026, 13:09
FUTBOL
İngiltərə Premyer Liqasının bir sıra klubları PSJ-nin 18 yaşlı vingeri İbrahim Mbayeni transfer etməkdə maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə RMC Sport nəşri məlumat yayıb.
Gənc futbolçuya Londonun "Çelsi", "Liverpul" və "Mançester Siti" klubları iddia edir. Oyunçunun inkişafını yaxından izləyən klublar arasında "Tottenhem", "Bayer" və Dortmund "Borussiyası" da var.
Mbaye PSJ-nin gənclər akademiyasından yetişən ən perspektivli oyunçulardan biri hesab olunur. Artan maraqla qarşılaşan Paris klubu yaxşı təklif gələcəyi təqdirdə yetirməsinin gedişini istisna etmir. Lakin Paris klubunun rəhbərliyi oyunçu üçün 50 milyon avro tələb etməkdə davam edir.













