27 İyul 2026, 13:25
FUTBOL
"Real"ın mərkəz müdafiəçisi Raul Asensio karyerasını Fransada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Madrid klunun yeni baş məşqçisi Joze Mourinyonun planlarına daxil olmayan 23 yaşlı oyunçuya "Marsel" iddia edir.
Bildirilir ki, ilkin olaraq Asensio Madridi tərk etmək həvəsində olmasa da, sonradan klubun israr etdiyi bu gedişə razılıq verə bilər. "Marsel" ispaniyalı futbolçunu 15 milyon avroya məcburi satınalma şərti ilə icarəyə götürmək istəyir.
"Real" Raul Asensionun Marseldən növbəti mümkün satışından əldə olunacaq məbləğin 25 faiz bəndini özündə saxlayacaq.













