04 May 2021, 16:42
                
                
                
                                TOP OYUNLARI 
                                
                
               
              
				  
 
	Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Gürcüstana yola düşüb.
	Matc.az xəbər verir ki, F qrupunda ev sahibləri, Monteneqro, Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq millimiz ilk matçını mayın 7-də Monteneqroya qarşı keçirəcək.
	Bir müddət öncə koronavirusa yoluxan millimizin baş məşqçisi Fərid Cəlalov səhhətində yaranan problemlərə görə təsnifat mərhələsinə komandamızla yollanmayıb. Yığmamızı çempionatın oyunlarına baş məşqçi kimi Pərviz Səmədov çıxaracaq. Ona Dilqəm Qəhrəmanovla Akif Vəliyev kömək edəcək.
	Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək oyunçular isə bunlardır: Abdullayev Emil, Ağabəyov Ramazan, Ağazadə Aqil, Əliyev Ruslan, Alişanov Elmin, Allahverdiyev Kənan, Baranov Dimitri, Dünyamalıyev Sənan, Həsənli Tural, Nikulenko Yeqor, Rzazadə Mirəşrəf, Vasilenko Andrey, Qurskiy Roman.
	Aç-2021-in seçmə mərhələsi
	F qrupu
	1-ci dövrə
	1-ci tur, 7 may
	Azərbaycan – Monteneqro
	Gürcüstan – Yunanıstan
	2-ci tur, 8 may
	Monteneqro – Yunanıstan
	Azərbaycan – Gürcüstan
	3-cü tur, 9 may
	Yunanıstan – Azərbaycan
	Monteneqro - Gürcüstan
	2-ci dövrə
	4-cü tur, 14 may
	Gürcüstan – Yunanıstan
	Monteneqro - Azərbaycan
	5-ci tur, 15 may
	Yunanıstan – Azərbaycan
	Gürcüstan - Monteneqro
	6-cı tur, 16 may
	Azərbaycan – Gürcüstan
	Yunanıstan - Monteneqro
				
         	
                                             
               
 
             
 















