10 May 2021, 21:37
DÖYÜŞ NÖVLƏRİ
Rusiyanın Kazan şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplaışı keçirilir.
Matc.az xəbər verir ki, toplanışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan millisinin üzvləri də iştirak edirlər.
Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Rusiya, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, İtaliya, Belçika, Avstriya, Braziliya, çexiya, Belarus, özbəkistan, İspaniya, Gürcüstan, Hollandiya, Moldova, Qazaxıstan və digər ölkələrin yığmaları qatılıb.
Kazan toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri işrirak edirlər. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, yaxın gələcəkdə keçiriləcək dünya çempionatı və Olimpiya Oyunlarına hazırlaşırlar.
Beynəlxalq təlim-məşq toplanışı mayın 15-dək davam edəcək.