Futbol üzrə Rusiya kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, həlledici qarşılaşma Moskva “Lokomotiv”i ilə “Krılya Sovetov” komandaları arasında baş tutub.
 
Nijni Novqorodda keçirilən qarşılaşma məhsuldar alınıb. Dörd qolun qeydə alındığı matçda 3:1 hesablı qələbəyə sevinən paytaxt təmsilçisi, kubokun qalibi olub.
 
“Lokomotiv” 9-cu dəfə Rusiya Kubokunu qalibi olub. Bu baxımdan Moskva təmsilçisi rekordçudur. Onların ən yaxın izləyicisi isə digər paytaxt klubu ÇSKA-dır – 7 dəfə. “Krılya Sovetov” isə ikinci dəfə vəsiqə qazandığı kubokun final matçında yenə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest