Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulub.
 
81 kq çəki dərəcəsindəki Zelim Tçkayev 1/64 final mərhələsində Terense Kuamba (Qabon) ilə görüşüb. Bu rəqibinə qalib gələn cüdoçumuz növbəti cəhdində Madaqaskardan olan Fetra Ratsimizivadan da güclü olub. Zelimin növbəti rəqibi özbəkistanı təmsil edən Şarofiddin Boltaboyev olub. Təəssüf ki, bu rəqib onun üçün keçilməz olub və Tçkayev ipponla uduzub.
 
Eyni çəkidəki digər təmsilçimiz Murad Fətiyev isə 1/32 finalda Elliot Konnoli (Yeni Zelandiya) ilə üz-üzə gəlib. Cüdoçumuz startda qalib gəlsə də, növbəti cəhdində Bolqarıstan idmançısı İvaylo İvanova məğlub olub.
 
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest