"Real"ın yeni transferi Yan Diomande Madrid klubundakı oyun vaxtı ilə bağlı fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Trivela" nəşri məlumat yayıb.

Diomande az oyun şansı qazanmasına baxmayaraq, məşqlərin intensiv keçdiyini vurğulayıb:

"Heç nə dəyişmir. Klubda tez-tez oynamasam da, ürəklə məşq edirəm, orada məşqlər çox intensiv keçir. Yaxşı ki, baş məşqçi Joze Mourinyo mənə güvənir və oyun vaxtı verir. Təzyiq olanda xoşuma gəlir, bu, məni maksimum gücümlə oynamağa məcbur edir.

Üstəlik, mən yüksək standartların norma olduğu bir klubda çıxış edirəm. "Superulduz" söhbətlərini unudun – mən əvvəlki kimi qalmışam. Sizin üçün bəlkə də ulduzam, amma özüm üçün elə həmin insanam".

Qeyd edək ki, yay "transfer pəncərəsi"ndə "Kral klubu" afrikalı futbolçunu "Leypsiq"dən heyətinə qatıb. Bu keçidin dəyəri 125 milyon avro təşkil etdiyi bildirilir.

Diomande mövsümün əvvəlindən bəri "Real"ın start heyətində cəmi iki dəfə meydana çıxmaq şansı qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest