Futbol üzrə Kosta-Rika yığmasının baş məşqçisi Ronald Qonsales istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə Kosta-Rika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Kosta-Rika yığması bu gün ABŞ-la yoxlama oyunu keçirib. Qarşılaşma bu komandanın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçdan dərhal sonra baş məşqçi istefaya göndərilib.
 
Qeyd edək ki, Ronald Qonsales 2019-cu ildən Kosta-Rika yığmasına rəhbərlik edirdi. Bu komanda onun rəhbərliyi altında keçirdiyi son 10 oyunda qələbə qazana bilməyib. Sonuncu dəfə 2019-cu ilin noyabrında Kurasaoya qalib gələn kosta-rikalılar, ondan sonrakı görüşlərdən cəmi ikisində heç-heçə etdikləri halda, qalan görüşlərdə məğlubiyyətlə üzləşiblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest