Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. İlk raundun matçları isə iyulun 8-də və 15-də baş tutacaq.

Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edəcək “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin də rəqibləri bəlli olub.
 
İlk mərhələdən azad olan klublarımızdan biri - Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər, digər iki komanda isə səpələnməmişlər səbətində yer alıb. 
 
Premyer Liqanın bürünc mükafatçısı “Sumqayıt” ilk rəqibi “Çukariçki” (Serbiya) olacaq. Ayxan Abbasovun yetirmələri ilk qarşılaşmanı səfərdə keçirəcək.
 
Azərbaycan kubokunun sahibi “Keşlə” “Soçi” (Rusiya) ilə qarşılaşacaq. Sənan Qurbanovun komandası da turnirə səfərdə başlayacaq.
 
Daha reytinqli olan “Qarabağ” bu mərhələdə “Aşdod”la (İsrail) qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri ilk matçı evdə oynayacaq.
 
Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. İlk raundun matçları isə iyulun 8-də və 15-də baş tutacaq.
 
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
 
Əsas yol
 
Noah (Ermənistan)/KuPS (Finlandiya) – Vorskla (Ukrayna)
 
Styaua (Rumıniya) – Şaxtyor (Karaqandi, Qazaxıstan)
 
Arda (Bolqarıstan) – Hapoel (Beer-Şeva, İsrail)
 
Apollon (Limassol, Kipr) – Jilina (Slovakiya)/Dila (Gürcüstan)
 
Çukariçki (Serbiya) – Sumqayıt
 
Qaqra (Gürcüstan)/Sutyeska (Monteneqro) – Makkabi (Təl-Əviv, İsrail)
 
Astana (Qazaxıstan) – Aris (Yunanıstan)
 
Sileks (Şimali Makedoniya)/Petrokub (Moldova) – Sivasspor (Türkiyə)
 
AEL (Limassol, Kipr) – Şiroki Brieq (Bosniya və Herseqovina)/Vlajniya (Albaniya)
 
Soçi (Rusiya) – Keşlə
 
Elfsborq (İsveç) – Milsami (Moldova)/Saraevo (Bosniya və Herseqovina)
 
RFS (Latviya)/Klaksvik (Farer adaları) – İnter (Finlandiya)/Puşkaş Akademiya (Macarıstan)
 
Dinamo (Batumi, Gürcüstan)/Tre Penne (San Marino) – BATE (Belarus)
 
Partizan (Serbiya) – Dunayska Streda (Slovakiya)
 
Dandalk (İrlandiya)/Nyutaun (Uels) – Levadiya (Estoniya)/Sent-Cozefs (Cəbəllütariq)
 
San-Xulia (Andorra)/Qzira Yunayted (Malta) – Riyeka (Xorvatiya)
 
Viktoriya (Çexiya) – Dinamo (Brest, Belarus)
 
Avropa (Cəbəllütariq)/Kauno Jalgiris (Litva) – Qlentoran (Şimali İrlandiya)/TNS (Uels)
 
Domjale (Sloveniya)/Svift Hesper (Lüksemburq) – Honka (Finlandiya)/Runavik (Farer adaları)
 
ÇSKA (Sofiya, Bolqarıstan) – Ştruqa (Şimali Makedoniya)/Liepaya (Latviya)
 
Şkupi (Şimali Makedoniya)/Lapi (Kosovo) – Santa Klara (Portuqaliya)
 
Hibernian (Şotlandiya) – Mons Kalpe (Cəbəllütariq)/Santa Koloma (Andorra)
 
Bala Taun (Uels)/Larn (Şimali İrlandiya) – Orhus (Danimarka)
 
Gent (Belçika) – Valerenqa (Norveç)
 
Düdelanj (Lüksemburq) – Styarnan (İslandiya)/Bohemians (İrlandiya)
 
Velej (Bosniya və Herseqovina)/Kolreyn (Şimali İrlandiya) – AEK (Yunanıstan)
 
Qarabağ – Aşdod (İsrail)
 
Lokomotiv (Plovdiv, Bolqarıstan) – Slovatsko (Çexiya)
 
Fehervar (Macarıstan)/Ararat (Ermənistan) - Payde (Estoniya)/Şlensk (Polşa)
 
Universtatya Krayova (Rumıniya) – Laçi (Albaniya)/Podqoritsa (Monteneqro)
 
Deçiç (Monteneqro)/Drita (Kosovo) – Feyenoord (Niderland)
 
Bazel (İsveçrə) – Sfintul George (Moldova)/Partizani (Albaniya)
 
Poqon (Polşa) – Osiyek (Xorvatiya)
 
Avstriya (Vyana, Avstriya) – Rasinq Yunion (Lüksemburq)/Breydablik (İslandiya)
 
Olimpiya (Sloveniya) – La-Fiorita (San Marino)/Birkirkara (Malta)
 
Hammarbü (İsveç) – Maribor (Sloveniya)/Urartu (Ermənistan)
 
Molde (Norveç) – Servette (İsveçrə)
 
Uypeşt (Macarıstan) – Vaduts (Lixtenşteyn)
 
Suduva (Litva)/Valmiera (Latviya) – Rakuv (Polşa)
 
Spartak (Trnava, Slovakiya)/Mosta (Malta) – Sepsi (Rumıniya)
 
Hafnarfyordyor (İslandiya) – Slayqo Rovers (İrlandiya) – Rusenborq (Norveç)
 
Kopenhagen (Danimarka) – Torpedo (Belarus)
 
Paneveys (Litva) – Voyvodina (Serbiya)
 
Hayduk (Xorvatiya) – Tobol (Qazaxıstan)
 
Aberdin (Şotlandiya) – Hakken (İsveç)
 
Çempionlar Liqası yolu
 
Teuta (Albaniya)/Şerif (Moldova) – İlkin mərhələnin qalibi
 
Malmö (İsveç)/Riqa (Latviya) – Şkendiya (Şimali Makedoniya)/Mura (Sloveniya)
 
Dinamo (Tiflis, Gürcüstan)/Neftçi (Azərbaycan) – Makkabi (Hayfa, İsrail)/Kayrat (Qazaxıstan)
 
HJK (Finlandiya)/Buduçnost (Monteneqro) – HB Torshavn (Farer adaları)/İnter (Andorra)
 
Jalgiris (Litva)/Linfild (Şimali İrlandiya) – ÇFR (Rumıniya)/Borats (Bosniya və Herseqovina)
 
Ludoqorets (Bolqarıstan)/Şaxtyor (Soliqorsk, Belarus) – Fola (Lüksemburq)/Linkoln (Cəbəllütariq)
 
Folqore (San Marino)/Priştina (Kosovo) – Flora (Estoniya)/Hibernians (Malta)
 
Ferentsvaroş (Macarıstan)/İlkin mərhələnin qalibi – Konnah (Uels)/Alaşkert (Ermənistan)
 
Dinamo (Zaqreb, Xorvatiya)/Valyur (İslandiya) – Bodo Qlimt (Norveç)/Legiya (Polşa)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest