Türkiyənin "Yeni Malatyaspor" klubu dörd futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Fernando Zuqui, Afriye Akva, Erkan Kaş və Olcay Şahanla vidalaşıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər üç futbolçuya xidmətlərinə görə təşəkkür edilib, onlara gələcək karyeralarında uğurlar arzulanıb.
 
Qeyd edək ki, adları çəkilən oyunçuların hər birinin müqaviləsi bu yaya qədər idi. Klub rəhbərliyi onlarla yeni müqavilə bağlamaqda maraqlı olmayıb.
 
"Yeni Malatyaspor" Super Liqada geridə qalan mövsümü 21 kollektiv arasında 15-ci pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest