İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı gənc futbolçusu mükafatına namizədlər açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda 23 yaş və daha aşağı olanlar yer alıb.

Namizədlər siyahısına 8 oyunçu daxil edilib. Bunlar Filip Foden, Erlinq Haland (hər ikisi “Mançester Siti”), Aleksandr İsak (“Nyukasl”), Kobbi Maynu (“Mançester Yunayted”), Koul Palmer (“Çelsi”), Bukayo Saka, Uilyam Saliba (hər ikisi “Arsenal”) və Destiny Udojidi (“Tottenhem”).

Qalib azarkeşlər və ekspertlər tərəfindən mayın 13-dək davam edəcək səsvermənin nəticələrinə əsasən müəyyən olunacaq. Mükafatın qalibi mayın 18-də elan olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest