09 May 2024, 18:54
FUTBOL
"Real"ın yarımmüdafiəçisi Aurelien Tçuameni sol ayağından zədə alıb.
Matc.az xəbər verir ki, futbolçunun bərpa müddəti ilə bağlı təfərrüatlar təqdim edilməyib. O, ötən gün Çempionlar Liqasının ikinci yarımfinalında “Bavariya” ilə görüşün (2:1) 70-ci dəqiqəsində məcburi əvəzlənib.
Bu mövsüm 24 yaşlı yarımmüdafiəçi klubda 38 oyun keçirib və 3 qol vurub.
İyunun 1-də Çempionlar Liqasının finalında “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.