Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, italyan çalışdırıcı buna Çempionlar Liqasında nail olub.

Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, italyan çalışdırıcı buna Çempionlar Liqasında nail olub.

“Qalaktikos” qitənin ən mötəbər klub turnirinin yarımfinal mərhələsində “Bavariya” ilə cavab oyunu keçirib və 2:1 hesablı qələbə qazanaraq adını finala yazdırıb. Bununla da Ançelotti məşqçilik fəaliyyəti ərzində 6-cı dəfə ÇL-in finalına komanda çıxarıb. Buvaxtadək heç bir çalışdırıcı bunu bacarmamışdı.

2002/03, 2004/05 və 2006/07 mövsümlərində “Milan”la finala yüksəlmiş Ançelotti “Real”da da eyni uğuru 3 dəfə bacarıb. O, cari mövsümlə yanaşı, 2013/14 və 2021/22 sezonlarında da bu göstəriciyə nail olmuşdu.

Onu da qeyd edək ki, Karlo Ançelotti əvvəlki 5 finaldan yalnız birində (2004/05) məğlubiyyətlə üzləşib. Həmin vaxt onun çalışdırdığı “Milan” həlledici görüşdə “Liverpul”a penaltilər seriyasında məğlub olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest