09 May 2024, 16:45
FUTBOL
“Barselona” müdafiəçi Pau Kubarsi ilə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, 17 yaşlı futbolçu uzun müddət Kataloniya klubunda qalacaq.
O, artıq 2027-ci ilin yayına qədər La Liqa təmsilçisinə məxsusdu. Kubarsinin sözləşməsində 500 milyon avro təzminat məbləği nəzərdə tutulub. Gənc müdafiəçi yanvardan “Barsa”nın əsas komandsında çıxış edir. O, bu il ərzində 17-si start heyətində olmaqla 20 oyuna çıxıb.
Qeyd edək ki, Pau Kubarsi martda İspaniya millisində debüt edib.