Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsi başa çatıb. Matc.az xəbər verir ki, sonuncu finalçının da adına aydınlıq gəlib.

Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsi başa çatıb. Matc.az xəbər verir ki, sonuncu finalçının da adına aydınlıq gəlib.

İlk oyunda “Fatih Karagümrük”ə 3:2 hesabı ilə qalib gəlmiş “Trabzonspor” cavab matçında rəqibini 4:0 hesabı ilə darmadağın edib. Bununla da Qaradəniz təmsilçisi adını həlledici görüşə yazdırıb.

Qeyd edək ki, “Trabzonspor” finalda “Beşiktaş” ilə üz-üzə gələcək. Qarşılaşma mayın 23-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest