"Bu baxımdan onun etdikləri bizə kömək oldu. Çünki rəqib topa çox yaxşı sahib idi. Amma bir neçə dəfə olmalı olduğu yerdə deyildi"

"İkinci qol ondan gözlənilən ustalığın nəticəsi idi. Həmişə hücumçunun müdafiə planında çox çalışmasını istəyirəm". Matc.az xəbər verir ki, bu sözləri "Legiya"nın baş məşqçisi çeslav Mixneviç deyib.

O, komandasının azərbaycanlı hücumçusu Mahir Emrelinin çempionlar Liqasının I təsnifat mərhələsində Norveçin "Bodo Qlimt" klubu ilə oyunda (3:2) çıxışını barədə danışıb.

"Bu baxımdan onun etdikləri bizə kömək oldu. çünki rəqib topa çox yaxşı sahib idi. Amma bir neçə dəfə olmalı olduğu yerdə deyildi. Bu barədə mütləq danışacağıq və bu məqamları yaxşılaşdırmağa çalışacağıq. ümumilikdə debütünə gəlincə, ümidverici oldu. Qol vurduğunuz zaman ətrafınızdakı insanlar sizə inanmağa başlayırlar. Bu, hücumçu üçün çox vacibdi" – deyə, Mixneviç vurğulayıb.

Qeyd edək ki, Emreli "Legiya"dakı ilk rəsmi matçında 2 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest