24 İyul 2021, 07:50
DÖYÜŞ NÖVLƏRİ
Bu gün Tokio Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib. Matc.az xəbər verir ki, mübarizəyə qoşulan idmançılar arasında 2 həmyerlimiz - Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) da olub.
Kəramət 1/16 finalda Eşli Makkenzi (Böyük Britaniya) ilə qarşılaşıb. Rəqibinə vazari xalı ilə qalib gələn cüdoçumuz növbəti mərhələdə Lukum çsxvimani (Gürcüstan) ilə üz-üzə gəlib. Təəssüf ki, görüş rəqibin təmiz qələbəsi ilə yekunlaşıb.
Mübarizəyə 1/16 finaldan başlayan Aişə Qurbanlı da uğursuzluq yaşayıb. O, ilk görüşdə Katarina Kostaya (Portuqaliya) uduzub.
Cüdo yarışlarının reqlamentinə görə, yalnız 1/4 finaladək irəliləyən idmançılar "bürünc" şansını saxladığından, hər iki cüdoçumuzun Olimpiadanı medalsız başa vuracağı dəqiqləşib.
Qeyd edək ki, Tokio 2020-nin cüdo yarışları iyulun 31-dək davam edəcək. Azərbaycan komandası Olimpiya Oyunlarına 9 cüdoçu ilə qatılıb.