“Hücumçularımızın “Paderborn”la oyundakı çıxışından razı qaldım”. Matc.az xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze deyib.

46 yaşlı mütəxəssis Bundesliqa II-nin XIII turunda “Paderborn”la keçirilən görüşü dəyərləndirib. O, 2:3 hesablı məğlubiyyətə baxmayaraq, Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən razılıq bildirib: “Bərabər səviyyəli oyun keçdi. Hətta sərgilənən oyun baxımından biz daha yaxşı təsir bağışlayırdıq. Hücumda keyfiyyətli idik. Buna görə də Mahir Emreli və Stefanos Tziması sona qədər əvəzləmədim. Hücumda mümkün dəyişiklik planımızı poza bilərdi”.

Qeyd edək ki, “Nürnberq” hazırda 18 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest