"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 14-cü turunun "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
"Bu gün güclü rəqibə qarşı oynadıq. "Sabah" yaxşı komplektləşdirilmiş komandadır. Heç-heçə ədalətli nəticə ola bilər. Uğursuz epizoddan qol buraxdıq".
Matc.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 14-cü turunun "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Komanda 60-cı dəqiqədən sonra oyundan qopdu. Bunun səbəbi nə idi?
- Bu, əsasən hesabı qorumaqla bağlı idi. Amma əvvəlki temp və istəklə davam etmək olardı.
- Növbəti turun "Araz-Naxçıvan"la matçını 6 xallıq oyun adlandırmaq olar?
- İstənilən rəqibə qarşı hazırlaşırıq. Onların hansı yerdə olmasının önəmi yox idi.
- Oyun planında nələr alınmadı?
- İkinci hissədə lazım olanları yerinə yetirmədik. Nələrin alınmadığını demək üçün təhlil etmək lazımdır.
- Tural Bayramlının son vaxtlar az oynamasının səbəbi nədir?
- Kim daha optimal formadadırsa, onlar oynayır.