“Barselona”nın hücumçusu Ansu Fati İtaliyaya köçə bilər. Matc.az xəbər verir ki, gənc forvard A seriyası klubunun maraq dairəsindədi.

“Milan” İspaniya millisinin üzvü ilə heyətini gücləndirmək istəyir. “Rossonyerlər”in futbolçusu Rafael Leao “Barselona”ya keçərsə, Fati də əks istiqamətə yollana bilər. İtalyanlar yaranacaq boşluğu onunla doldurmağı planlaşdırır.

Qeyd edək ki, Ansu Fatinin “Milan”la müqaviləsi 2027-ci ilin yayına kimidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest