“Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemiro taleyinə aydınlıq gətirib. Matc.az xəbər verir ki, ulduz futbolçu sabiq komandası “Real”a qayıtmaq qərarına gəlib.

Braziliya millisinin üzvü Mançester təmsilçisini tərk etmək barədə düşünmür. Bu səbəbdən o, “kral klubu”nun təklifini rədd edib. Kasemiro bu mövsüm bütün turnirlərdə 17 oyunda 3 qol vurub. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin yayına kimidi.

Qeyd edək ki, Kasemiro 2015-2022-ci illərdə “Real”da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest