Kriştiano Ronaldo 200 fərqli komandaya qol vuran ilk futbolçu olub. Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) araşdırma aparıb.

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu “Əl-Qadisiya” ilə (1:2) çempionat oyununda fərqlənərək bunu bacarıb. Superulduz 152 kluba, 48 milliyə qol vurub. O, ümumilikdə 270 (198 klub, 72 yığma) komandaya qarşı çıxış edib.

Ronaldonun ən çox qol vurduğu klub “Sevilya”dı (27 qol). 39 yaşlı futbolçu Lüksemburq millisinin qapısından isə 11 top keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest