25 Noyabr 2024, 15:39
FUTBOL
“Dekabr ayına az qalıb, amma hələ də klubda qalmaq təklifi almamışam. Yayda getmək ehtimalı qalmaqdan daha çoxdu və buna çox təəssüflənirəm”. Matc.az xəbər verir ki, bu sözləri "Liverpul"un futbolçusu Məhəmməd Salah deyib.
O, “qırmızılar”dan yeni müqavilə təklif almadığını etiraf edib. Sözləşməsinin müddəti cari mövsümün sonunda bitəcək Salah gələcəyi ilə bağlı vəziyyətin ondan asılı olmadığını bildirib: “Mən azarkeşləri sevirəm, onlar da məni. Lakin hər şey klub rəhbərliyinin verəcəyi qərardan asılıdı. Karyeramı bitirmək haqda düşünmürəm”.
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"un formasını geyinir.