Azərbaycan yığmasının sabiq müdafiəçisi Aftandil Hacıyevin matc.az saytına müsahibəsi

- Milli komandamızın Millətlər Liqasında İsveçə 0:6 hesablı məğlubiyyəti haqda nə deyə bilərsiniz? Böyükhesablı yenilginin səbəbləri hansılardı?

- Bir çox səbəblər sadalamaq olar. Reallıq budu ki, 0:6 hesabı ilə uduzduq və bu, ürəkaçan durum deyil. Düşünürəm ki, ən vacib məsələ futbola olan ümumi baxışımızı dəyişməkdi.

- Millətlər Liqasında D liqasına yuvarlandıq. Bu halla üzləşəcəyimizi əvvəldən təxmin etmişdiniz?

- Xeyr, təxmin etməmişdim. Çünki qrupumuzda Estoniya yığması da yer almışdı və mən estonlardan zəif olduğumuzu düşünmürəm. Ən azı onları qabaqlayacağımızı gözləyirdim. Ancaq sonda qrup sonuncusu olaraq D liqasına düşdük.

- Millətlər Liqasında fiasko ilə üzləşən yığmamız dünya çempionatının seçmə mərhələsində nəsə edə, bizi təəccübləndirə bilər?

- Bugünkü vəziyyət yaxın gələcəkdə müsbət nəticə vəd etmir. Buna görə də dünya çempionatının seçmə mərhələsində yığmamızdan xoş sürpriz gözləmirəm. Necə olacağını zaman göstərəcək.

- Milli komandamızın nəticələrinin yaxşılaşması üçün çıxış yolunu nədə görürsünüz?

- İlk növbədə, yığmanın baş məşqçisi yerli mütəxəssis olmalıdı. Bu, mövcud durumdan çıxış yolu ola bilər.

- Yığmanın baş məşqçisi postuna konkret namizədiniz var? Yoxsa düşünürsünüz ki, istənilən yerli məşqçi millimizə Fernandu Santuşdan daha çox xeyir verər?

- İstənilən məşqçi olmasa da, seçim etməyə kifayət qədər namizəd var. Konkret adlar çəkmək istəmirəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest