Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” bu gün ölkə çempionatının 3-cü turu çərçivəsində səfərdə “Floreşti” ilə qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
 
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 3 oyunda 4 xal toplayıb və 8 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest