Servis oyunlarından da xal çıxarmağı bacaran Karrenyo-Busta 2 saat 47 dəqiqə davam edən matç sonunda dünya bir nömrəsini məğlub etməyi bacarıb və bürünc medala sahib çıxıb. Serb tennisçi isə Tokio-2020-də medalsız qalıb.
Tokio Yay Olimpiya Oyunlarında kişi tennisçilərin mübarizəsində bürünc medalın sahibinə aydınlıq gəlib.Matc.az xəbər verir ki, Novak Cokoviç (Serbiya) və Pablo Karrenyo-Busta (İspaniya) üçüncülük matçında üz-üzə gəliblər. 5-ci qeymdə breyk edən Karrenyo-Busta ilk seti aktivinə yazdırıb. İkinci setin qalibi tay-breykdə müəyyənləşib. Cokoviç hesaba tarazlıq gətirib. Həlledici üçüncü setin ikinci qeymində ispan tennisçi breyk edib. Servis oyunlarından da xal çıxarmağı bacaran Karrenyo-Busta 2 saat 47 dəqiqə davam edən matç sonunda dünya bir nömrəsini məğlub etməyi bacarıb və bürünc medala sahib çıxıb. Serb tennisçi isə Tokio-2020-də medalsız qalıb.
Tokio-2020
Tennis
Kişilər, üçüncülük matçı
Pablo Karrenyo-Busta (İspaniya) - Novak Cokoviç (Serbiya) - 2:1 (6:4, 6:7, 6:3)
Qeyd edək ki, Cokoviç 2008-ci ildə Yay Olimpiya Oyunlarında bürünc medal qazanmışdı.