Finlandiyanın HJK klubunun baş məşqçisi Toni Koskela Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Finlandiyanın HJK klubunun baş məşqçisi Toni Koskela Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Qonaq meydanında oynayanda hər zaman çətin olur. Azərbaycan çempionuna qarşı oynayacağımızı nəzərə alsaq, işimiz daha çətindir. Digər tərəfdən, rəqib bu hava şəraitinə öyrəşib.
 
Rəqib barədə məlumatımız var. ötən həftə 2 oyunumuz var idi. Həmin matçlardan sonra məşqçi heyəti sırf "Neftçi" barədə məlumat topladı. Rəqibin aparıcı oyunçularını, zəif və güclü tərəflərini yaxşı bilirik.
 
Azərbaycan klublarının avrokuboklarda Finlandiya təmsilçiləri üzərində üstünlüyü bizi narahat etmir. Sizin klubların resursları bizdən daha yaxşıdır. Buraya yaxşı oynayıb, sərfəli nəticə qazanmaq üçün gəlmişik.
 
Təbii ki, fiziki cəhətdən yaxşı durumdayıq. Əks-hücumlara sürətli çıxırıq və qol şansları yaradırıq. Rəqibin oyunçuları topla yaxşı rəftar edirlər. Ən yaxşı oyunçuları Sezar Meza Kolli, Sabir Buqrin və Emin Mahmudovdur. Oyunu bu oyunçuların üzərində qururlar. Qısa ötürmələrdən yararlanırlar. Ən güclü tərəfləri bunlardır. İstənilən rəqibə qarşı hazırlaşanda onların güclü və zəif tərəflərini öyrənirik. "Neftçi"nin də zəif tərəfləri var. Hücumçularımızla bu ba barədə söhbətlər aparmışıq". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest