Topaz Premyer Liqasının debütantı "Sabah" mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti oyununu keçirib. Elşad Əhmədovun yetirmələri Antalyada 3-cü görüşünə çıxıb. Bakılılar Macarıstan təmsilçisi MTK ilə üz-üzə gəlib.
Topaz Premyer Liqasının debütantı "Sabah" mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti oyununu keçirib. Matç.az xəbər verir ki, Elşad Əhmədovun yetirmələri Antalyada 3-cü görüşünə çıxıb.
Bakılılar Macarıstan təmsilçisi MTK ilə üz-üzə gəlib. Bunadək keçirdiyi oyunlarda uduzmayan paytaxt təmsilçisi uğurlu seriyasını davam etdirib. Rəqib hesabı açmasına baxmayaraq, təmsilçimiz onları buna peşman edib. İlk hissədəcə hesabda önə keçən "Sabah" son dəqiqələrdə daha bir qol vuraraq, əzmkar qələbə qazanıb.
Qeyd edək ki, ilk oyununda Türkiyə "Əskişəhərspor"una 1:0 hesabı ilə qalib gələn "Sabah" ikinci matçında Qazaxıstan "Tobol"u ilə heç-heçə edib – 2:2.
Yoxlama oyunu
19 yanvar
"Sabah" (Azərbaycan) – MTK (Macarıstan) - 3:1
Qollar: Vadim Abdullayev, 25, Marko Deviç, 30, Cavid İmamverdiyev, 90
"Sabah": 30. Saşa Stamenkoviç, 21. Novruz Məmmədov (Təmkin Xəlilzadə, 46), 33. Eltun Turabov, 13. Filip İvanoviç, 25. Vanderson Silva (Şakir Seyidov, 84), 4. Tərzin Cahangirov (Məqsəd İsayev, 46), 6. Vadim Abdullayev (Rəşad Eyubov, 46), 22. Miloş Bosançiç (Cavid İmmaverdiyev, 46), 27. Bəxtiyar Soltanov (Erik Ramos, 46), 8. Elşən Abdullayev (Elgün Nəbiyev, 65), 9. Marko Deviç (Emil Qasımov, 73)
Antalya. Titanik otelinin meydançası