14 Sentyabr 2021, 17:39
DÖYÜŞ NÖVLƏRİ
Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, mundialda iştirak edəcək sərbəst güləş üzrə yığmamız məsul yarışa Bakıda hazırlaşır.
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan təlim-məşq toplanışı sentyabrın 30-dək davam edəcək. Məşqlər Olimpiya Güləş Mərkəzində keçirilir.
Qeyd edək ki, millimiz Osloya sentyabrın 30-da yollanacaq. Oktyabrın 1-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün 61, 74, 86 və 125 kq-da yarışa start veriləcək. Oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Sərbəst güləş üzrə yarışa oktyabrın 5-də yekun vurulacaq.