Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək. Matc.az xəbər verir ki, o, 2021/22 mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq "Sarıyer Belediyespor" klubu ilə 1 illik müqavilə imzalayıb.
 
Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Əbilov sözügedən komandada da köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest