"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb. Matc.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Liberiyaya qarşı keçirəcəkləri Dç-2022-nin seçmə mərhələ oyunları üçün yığmaya çağırılıb.
 
Kabo-Verde və Liberiya yığmaları arasındakı oyunlar oktyabrın 7-də və 10-da olacaq.
 
Daha əvvəl "Qarabağ"dan Marko Veşoviçin də Monteneqro millisinə çağırıldığı açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest