Bu gün Dç-2022-nin seçmə mərhələsində 8-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib.

E qrupunda Estoniya Uelsi, Belarus isə çexiyanı qəbul edib. Uels Estoniyaya qalib gələ bilməsə, Belçika dünya çempionatına qrup lideri kimi vəsiqə qazanacaqdı. Amma bu iki oyun qonaqların qələbəsiylə yekunlaşıb.

G qrupunda 3-cü sırada yer alan Türkiyə yığması bu turda səfərdə Latviyayla qarşılaşıb və əzmkar qələbə qazanıb. Qrupun lideri Niderland Cəbəllütariqi darmadağın edibsə, 2-ci olan Norveç isə Monteneqro üzərində inamlı qələbəyə sevinib.

H qrupunda Xorvatiya Slovakiyanı, Sloveniya Rusiyanı, Kipr isə Maltanı sınağa çəkib. Kipr və Xorvatiyada 4 qolluq heç-heçə qeydə alınıbsa, ruslar səfərdə çətin qələbə qazanıblar.

J qrupunda Almaniya yığması səfərdə Şimali Makedoniyanı, İslandiya millisi isə evdə Lixtenşteyni darmadağın edib. Qrupun 3-cüsü Ermənistan yığması Rumıniya ilə oyundan məğlub ayrılıb.

Dç-2022-nin seçmə mərhələsi
8-ci tur
11 oktyabr

E qrupu

Belarus – çexiya 0:2
Qol: Şik, 22. Hlojek, 65.

Estoniya – Uels 0:1
Qol: Mur, 12.

Xal durumu: Belçika – 16, çexiya – 11, Uels – 11, Estoniya – 4, Belarus – 3.

G qrupu

Latviya – Türkiyə 1:2
Qol: M.Demiral, 70 – S.Dursun, 76. B.Yılmaz, 90+6-pen.

Niderland – Cəbəllütariq 6:0
Qol: Van Deyk, 9. Depay, 21; 45+3. Dumfris, 48. Danyuma 75. Malen, 86.

Norveç – Monteneqro 2:0
Qol: M.Elyunussi, 29; 90+6.

Xal durumu: Niderland – 19, Norveç – 17, Türkiyə – 15, Monteneqro – 11, Latviya – 5, Cəbəllütariq – 0.

H qrupu

Kipr – Malta 2:2
Qol: Papulis, 7. Sotiriu, 80 – Muskat, 53; 90+8.

Sloveniya – Rusiya 1:2
Qol
: İliçiç, 40 – Diveyev, 28. Cikiya, 32.

Xorvatiya – Slovakiya 2:2
Qol: Kramariç, 25. Modriç, 71 – Şçrans, 20. Haraslin, 45.

Xal durumu: Rusiya – 19, Xorvatiya – 17, Slovakiya – 10, Sloveniya – 10, Malta – 5, Kipr – 5.

J qrupu

Şimali Makedoniya – Almaniya 0:4
Qol: Haverts, 50. Verner, 70; 73. Musiala, 83.

Rumıniya – Ermənistan 1:0
Qol: Mitrita, 26.

İslandiya – Lixtenşteyn 4:0
Qol: Tordarson, 19. Qudmundsson, 35; 79. Qudyonsen, 89.

Xal durumu: Almaniya – 21, Rumıniya – 13, Şimali Makedoniya – 12, Ermənistan – 12, İslandiya – 8, Lixtenşteyn – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest