21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Aç-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı komanda A qrupundakı 4-cü sınağında Xorvatiya ilə üz-üzə gəlib.

Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutan bu qarşılaşmanı çexiyadan olan FİFA referisi Andrey Berka idarə edib.

Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya (0:2) və Avstriyaya (0:6) məğlub olub, üçüncü oyunda isə Finlandiya ilə heç-heçə (1:1) etmişdi. Bu oyuna qədər 1 xalı olan yığma 6 kollektiv arasında 5-ci pillədə qərarlaşmışdısa, Xorvatiya isə 9 xalla 2-ci idi. Bu oyunda isə millimiz 1:5 hesabıyla uduzub.

Qrupun digər matçlarında Norveç Estoniyanı 3:0, Finlandiya isə Avstriyanı 3:1 hesabıyla məğlub edib.

Aç-2023-ün seçmə mərhələsi
A qrupu
12 oktyabr

Azərbaycan – Xorvatiya 1:5
Qol: M.Qurbanlı, 55-pen – R.Şimiç, 9; 13; 44-pen. N.Soldo, 25. D.çolina, 81.
Qırmızı vərəqə: T.Vəlizadə, 70.
Baş hakim: Andrey Berka (çexiya).
Sumqayıt. "Kapital Bank Arena".

Azərbaycan: 22. Nicat Mehbalıyev, 2. Samet Karakoç, 3. Arsen Ağcabəyov, 4. Cəlal Hüseynov, 6. İldar Ələkbərov, 7. Turan Vəlizadə, 8. Səbuhi Abdullazadə, 17. Rüfət Abdullazadə (k), 18. Mustafa Yıldırım, 19. İsmayıl Zülfüqarlı, 20. Abdulla Rzayev.
Ehtiyat oyunçular: 1. Rüstəm Samiquliln, 5. Rauf Hüseynli, 9. Musa Qurbanlı, 10. Asim Əlizadə, 11. Camal Cəfərov, 13. Ramin Əhmədov, 14. Vüsal Əsgərov, 15. Nihad Quliyev, 16. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Milan Obradoviç.
Xorvatiya: 12. İvor Pandur, 3. David çolina, 4. Boşko Şutalo (k), 5. Yosip Şutalo, 7. Antonio Marin, 8. Yuriça Prşir, 11. Lukas Kaçavenda, 15. Ante Palaversa, 16. Martin Baturina, 21. Nikola Soldo, 22. Roko Şimiç.
Ehtiyat oyunçular: 1. Dominik Kotarski, 6. Hrvoye Smolçiç, 9. Marin Lyubiçiç, 13. Kreşimir Krizmaniç, 14. Mario Vuşkoviç, 17. Yakov-Anton Vasili, 18. Stipe Biuk, 19. Marko Bulat, 20. Qabriel Vidoviç.
Baş məşqçi: İqor Bişçan.

Xal durumu: Xorvatiya – 12, Avstriya – 9, Norveç – 9, Finlandiya – 7, Azərbaycan – 1, Estoniya – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest