Fransanın PSJ komandasının zədəli futbolçusu Serxio Ramosun bərpa müddəti uzanır. Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Xəbərdə, 34 yaşlı müdafiəçinin Paris təmsilçisinin Liqa 1-də "Anje" və çempionlar Liqasında "Leyptsiq"lə (Almaniya) matçları buraxağı bildirilib.
 
Bu yay Madrid "Real"ı ilə yollarını ayıran Serxio Ramos iyulda azad agent kimi PSJ ilə rəsmi müqavilə imzalayıb. O, zədə səbəbindən hələ Paris komandasında debüt edə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest