Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Əvvəlcə uğurlu mövsüm keçirən "Qəbələ" tam fərqli çıxışı ilə diqqət mərkəzində olan və sonuncu pillədə qərarlaşan "Sabah"ı qəbul edib. ötən tur ilk qələbəsini qazanan "Sabah" bu oyundan da qalib ayrılıb.

Turun qapanış matçı isə "Sumqayıt"la "Səbail" arasında baş tutub. Bu görüş meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, ilk oyun günündə "Zirə" "Keşlə"yə (2:0), "Qarabağ" isə "Neftçi"yə (4:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
9-cu tur
31 oktyabr

"Qəbələ" – "Sabah" 1:3
Qol: İ.Alimi, 69-pen – C.L.Mikels, 20. T.Fofana, 39. A.İsayev, 63.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.
Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 34. ürfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes, 33. Hüseyn Mürsəlov.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 88. Gülağa Əsədov.
Baş məşqçi: Elmar Baxşıyev.
Sabah: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Tiemoko Fofana, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 11. Kristian Sebalyos, 66. Abdulah Xaybulaev, 33. Camal Cəfərov.
Ehtiyat oyunçular: 32. Rustəm Samiqullin, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 29. Ceyhun Nuriyev, 13. Abdulla Rzayev, 87. Nazim Həsənzadə.
Məşqçi: Rəşad Hüseynov.

"Sumqayıt" – "Səbail" 2:0
Qol: R.Sadıxov, 37. S.Rza, 74.
Qırmızı vərəqə: N.Raysel, 63.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə.
Sumqayıt. "Kapital Bank Arena", 18:15.

Sumqayıt: 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 23. Səid Rza, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 27. Nihad Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.
Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 20. Orxan Fərəcov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 24. Elvin Sərkarov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest