İtaliyanın "Napoli" klubu Səudiyyə Ərəbistanının "Əl-Nəsr"ın hücumçusu Con Duranın transferində maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında jurnalist Yağız Sabuncuoğlu paylaşıb.

Bildirilir ki, İtaliya klubunun rəhbərliyi artıq forvard təklif göndərib.

Bundan əvvəl 21 yaşlı kolumbiyalı futbolçunun psixi durumuna və texniki stabilliyinə təsir edən şəxsi problemlərə görə icarəyə verilə biləcəyi bildirilirdi.

Qeyd edək ki, yanvar ayında Duran 77 milyon avroya "Aston Villa"dan "Əl-Nəsr"ə keçib. 2024/2025 mövsümündə forvard Səudiyyə Ərəbistanı çempionatında 13 oyun keçirib və 8 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest