"Sabah"ın məşqçisi Rəşad Hüseynov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, səfərdə 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Matçın çətin olacağı öncədən də bəlli idi. Bəzi səhvlərimiz oldu. Amma matça ciddi hazırlaşmışdıq. Oyunçular həftə ərzində məşqçinin bütün təlimatlarını yerinə yetirdi. "Qəbələ"ni yaxşı analiz etmişdik. Açığı, bu qələbələri çoxdan gözləyirdik. Yeni baş məşqçimiz Murad Musayev hələ işə başlamayıb. Sabah istirahətdir. Birigündən komandanın sükanı arxasında olacaq. Komanda bu həftə İqor Ponomaryovun başçılığı altında hazırlaşıb. Heyəti də Ponomaryovun özü qurmuşdu.
 
Oyundan sonra Murad Musayevin komanda üzvləri ilə görüşü oldu. O, bugünkü oyundan razı qaldığını dedi. Qələbə münasibətilə hər kəsi təbrik etdi. Eyni zamanda bildirdi ki, klubun hədəfi avrokuboklarda oynamaqdırsa, bunun üçün daha çox çalışmalı, daha da inkişaf etməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest