Belarusun paytaxtı Minskdə keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatının ilk günü arxada qalıb. Matç.az saytı xəbər verir ki, ilk yarış günündə qadınlar və idman cütləri qısa proqramda qüvvəsini sınayıb.

Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın çıxışı da uğurlu alınıb. İdmançımız 59,95 xalla 7-ci olub.

O, sabah baş tutacaq həlledici - sərbəst proqramda çıxış edəcək 24 idmançı arasına düşüb. Yekaterina buz üzərinə 16-cı çıxacaq.

Yarışın ilk günündən sonra liderliyi rusiyalı Alina Zahidova ələ keçirib. Onun hesabında 75,00 xal var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest