İtaliyanın "Milan" klubu iki futbolçusunun müqaviləsini uzadıb.

Matc.az xəbər  verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sol cinah müdafiəçisi Davide Bartesagi və qapıçı Lorentso Torriani ilə yeni sözləşmə imzalanıb.Hər  iki futbolçu 2030-ci ilin yayına kimi A Seriyası klubuna məxsus olacaq.

Qeyd edək ki, Bartesagi və Torriani "Milan"ın yetirmələridir. Onlar İtaliyanın U-20 millisində çıxış edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest