"Turan Tovuz" artıq transfer hazırlıqlarına start verib.

Matc.az xəbər verir ki, Tovuz klubu Rusiyanın "Ufa" klubunun qapıçısı Oleq Baklovu heyətinə qatmaq istəyir.

Baş məşqçi Kurban Berdıyev Tacikistan millisinin üzvü komandasında görmək istəyir. Klub rəhbərliyi qolkiperin menecerləri ilə artıq danışıqlara başlayıb. Lakin danışıqların təfərrüatı ilə bağlı dəqiq məlumat yoxdur.

Təcrübəli qapıçı Rusiyanın bir çox klublarının maraq dairəsindədir.

Qeyd edək ki, Oleq Baklov bu mövsüm Rusiya I Liqasında 28 oyun keçirib və 9 matçda qapısını toxunulmaz saxlayıb. Onun "Ufa" ilə müqavilə müddəti yayda başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest