"Lill"dən ayrılan  Remi  Kabelyanın yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, fransalı  hücumameyilli yarımmüdafiəçi "Olimpiakos"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa millisinin sabiq üzvü ilə 2 illik  müqavilə imzalanıb.

Qeyd edək ki, Remi Kabelya 2022-ci ilin yayından  "Lill"də çıxış edirdi. 35 yaşlı futbolçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest