22 May 2025, 22:10
FUTBOL
"Barselona" cinah hücumçusu Rafinya ilə müqaviləsini 2028-ci ilə qədər uzatdığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Braziliyalı futbolçunun əvvəlki müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Rafinya 2022-ci ilin iyulunda "Lids"dən "Barselona"ya keçib. Bu mövsüm 28 yaşlı hücumçu bütün turnirlərdə 56 oyun keçirib, 34 qol vurub və 25 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 80 milyon avrodur.