"Real"ın sabiq hücumçusu Raul Qonzales "Kastilya"nın baş məşqçi postunu tərk etməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS nəşri paylaşıb.

Bildirilir ki, 47 yaşlı mütəxəssis üç klubun maraq dairəsinə düşüb. İspaniyanın "Vilyarreal", İngiltərə Premyer Liqasına yeni vəsiqə qazanan "Lids" və Almaniyanın "Şalke" klubları Raulu öz layihələrinin başında görmək istəyirlər.

Daha əvvəl bildirilmişdi ki, "Kral klubunun" sabiq futbolçusu ispaniyalı Xabi Alonsonun əsas komandanın baş məşqçisi vəzifəsinə dəvət olunmasından sonra komandadan getmək qərarına gəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest