"Brayton" hücumçusu Joao Pedro İngiltərədə klubunu dəyişə bilər.

Matc.az yerli mətbuata istinadən xəbər verir ki, "Liverpul" braziliyalı futbolçunu transfer etmək istəyir.

Mersisayd təmsilçisi Pedro üçün onun klubuna təklif göndərib.  "Brayton" 23 yaşlı forvard üçün 90 milyon avro tələb edir. Klublar arasında müzakirələr davam edir.

Qeyd edək ki,  "Brayton" Joao Pedronu 2023-cü ildə "Uotford"dan transfer edib. Braziliya millisinin üzvü olan oyunçu bu mövsüm "qağayılar"ın heyətində keçirdiyi 30 oyunda 10 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest