22 May 2025, 16:16
FUTBOL
AFFA-nın təşkil etdiyi Region Liqasında bürünc medalın sahibi məlum olub.
Matc.az xəbər verir ki, 3-cü yer uğrunda oyunda Qazaxın "Göyəzən" klubu ilə "Ağstafa Gəncləri" üz-üzə gəlib. 5:2 hesablı qələbə qazanan Ağstafa təmsilçisi turnirin bürünc medallarını qazanıb.
Turnirin qalibi olmaq üçün "Xankəndi" və "Şirvan" üz-üzə gələcək.