"Neftçi" Premyer Liqanın 10-cu turu – "Zəfər turu" çərçivəsində qarşılaşacağı "Keşlə" ilə matçın hazırlığını başa vurub. Matc.az xəbər verir ki, bir günlük fasilədən sonra noyabrın 2-də hazırlığı bərpa edən komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə son məşqə çıxıb.
 
Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
 
Sabah "ASK Arena"da keçiriləcək "Keşlə" - "Neftçi" matçına saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest