Premyer Liqanın 10-cu turunun "Sabah" - "Zirə" matçında Azərbaycanın Ermənistan üzərində qazandığı şanlı qələbənin birinci ildönümü qeyd olunub.
 
Matc.az xəbər verir ki, bu münasibətlə hər iki komandanın futbolçuları, eyni zamanda matçın hakimləri meydana üzərində "Zəfərin mübarək, Azərbaycan"! şüarı yazılmış formalarla və cəngi sədaları altında çıxıblar.
 
Bundan başqa, qonaqların oyunçuları arasında "Zirə"nin 44 günlük Vətən müharibəsində şəhid olmuşu futbolçusu İlqar Bürcəliyevin maketi də yer alıb.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest