"Neftçi"nin məşqçisi Mübariz Orucov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Neftçi"nin məşqçisi Mübariz Orucov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"öncə Zəfər günü münasibətilə xalqımızı təbrik edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Oyuna yaxşı başladıq. Amma hesab bərabərləşdikdən sonra oyunumuz alınmadı. Zədəlilərimiz var idi. Sabir Buqrin və ömər Buludov zədədən əziyyət çəkirdi. Yusuf Lavalın da problemi var idi, amma şans verdik. Məğlubiyyətin səbəbi yalnız yorğunluqla bağlı deyil. Sadəcə, rəqibin qolundan sonra oyun ağırlaşdı. Məcburiyyətdən etdiyimiz rotasiyaların da mənfi təsiri oldu.
 
Qapıçımız Kamran İbrahimov gəncdir, hamımız onu dəstəkləyirik. Əslində onun qapıda dayanması da məcburi dəyişiklik idi. Aqil Məmmədov məşqdə zədələnmişdi. öz uşağımızdır, səhvləri ola bilər. Bu da təcrübədən qaynaqlanır.
 
Vəziyyətin nə yerdə olduğunu bilirik. "Qarabağ"a məğlubiyyətdən sonra komandanı toparlamaq lazım idi. çempionluq yarışından qopmamışıq. Sonadək mübarizə aparacağıq.
 
Xorxe Korrea zədəsini sağaldıb. Bu gün oynaya bilərdi. Amma risk etmədik. Digər tərəfdən, limit məsələsi də bizə mane oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest